• Bakı C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Lvovdakı terror aktında ölən və yaralananların sayını açıqladı
DÜNYA
23 Fevral 2026 | 00:35

Lvovdakı terror aktında ölən və yaralananların sayını açıqladı

Lvovda baş verən terror aktından sonra Ukrayna Prezidenti Volodimir Zelenski Daxili İşlər Nazirliyinə, Milli Polisə və Ukrayna Təhlükəsizlik Xidmətinə oxşar cinayətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” səhifəsində məlumat verib.

“Bu, əsl terror aktı idi, kinli və qəddar. İki partlayış, ikincisi təcili yardım xidmətlərinin hadisə yerinə çatması zamanı baş verib. 25 nəfər yaralanıb. Təəssüf ki, bir nəfər, 23 yaşlı polis əməkdaşı həlak olub”, deyə prezident qeyd edib.

Dövlət başçsı qeyd edib ki, cinayətkarlar “Telegram” vasitəsilə cəlb ediliblər. “Daxili İşlər Nazirliyi, Ukrayna Milli Polisi və Ukrayna Təhlükəsizlik Xidməti təfərrüatları ictimaiyyətə təqdim edəcək. Mən bu gün oxşar cinayətlərin qarşısını almaq üçün tədbirlər və cavab tədbirləri hazırlamağı tapşırdım", - deyə Prezident açıqlamasında bildirib.

Zelenski qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının buna qarşı mübarizə aparmaq təcrübəsi var, çünki onlarla oxşar vəziyyətin qarşısı alınıb.

Baş Prokurorluq bildirib ki, saxlanılan 33 yaşlı Rovno vilayətinin Kostopil şəhər sakininə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi və 263-cü maddəsinin 1-ci hissəsi (insan ölümünə səbəb olan terror aktı törətmək, eləcə də odlu silahla qanunsuz davranmaq) ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 22 fevral gecəsi Lvovda partlayışlar baş verib. Birinci patrul polis bölməsi gəldikdən sonra partlayış, sonra isə başqa bir partlayış baş verib.

Hücum nəticəsində patrul avtomobilinə və mülki nəqliyyat vasitəsinə ziyan dəyib.


SON XƏBƏRLƏR

22 Fevral 2026