“Bloqqer” sözü, qarşılaşdığım reallıqlara uyğun və bir qayda olaraq, düşüncəmdə fərqli təəsüratların yaranmasına səbəb olub. Bəzən hazır yeməkləri – fast-food-u xatırladıb. Situativ olaraq, kimsə yanımda “bloqqer” ifadəsini dilə gətirib, amma mən nədənsə “burqer” eşitmişəm, yaxud qəbul etmişəm... Təbii ki, bloqqerlə sosial şəbəkə “burqer”ləri arasındakı fərqin çox böyük olduğunu yaxşı anlayıram. Fərq ŞƏRƏF SİZSİNİZ-lə ŞƏRƏFSİZSİNİZ arasındakı anlam uçurumu qədərdir.
Bu yazıda virtual Vətənin sərhədlərinin sosial şəbəkə seqmentlərinin çərçivəsindən deyil, namus damarlarından ibarət olduğunu dərk etməyi bacaran bloqqerlərdən söz açmayacağam. Hədəfim satın alınmış “etiraz aksiyası” fotosundan, saxta partiya biletlərindən, Azərbaycanı təslimçi sülhə sövq etmək istəyənlərin piştaxta üzərinə çıxardıqları xəyanət “meyvələri”nin satın alınması üçün ayrılmış dollar və avrolardan törəyən mühaCIR və xam “burqer”lərdi...
Zənnimcə, Uzun illərdən bəri Azərbaycanın bir dövlət, azərbaycanlıların isə bir xalq olaraq varlığına qənim kəsilən, bədnam 907-ci düzəlişin həmmüəlliflərindən biri, Amerika Erməni Konqresi Şurasının qurucusu və həmsədri olan konqresmen Frank Pallonenin göz önündəki dirijor çubuğu və təbii ki, Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası ilə sinxron hərəkət edən mühaCIR-lar – ictimai “foul”-ları “şamburqer” adlandırsaq, daha doğru olar... Səbəbini izah edim.
Frank Pallone işğalın sonucu ilinin oktyabrında, həmin dövrdə qəsbkarların nəzarətində olan mədəniyyətimizin paytaxtına – Şuşaya səfər edərək, kilsədə şam yandırıb işğalın davam etməsi üçün dua etdiyini deyə biləcək qədər Azərbaycan düşməni, şərəf yoxsulu, siyasi əxlaqsızlıq simvoludu. Onunla sinxron hərəkət etdirilənlər də, istisnasız olaraq, Pallonenin “şam”ından törəyən “şamburqer”lərdi...
Vaşinqtonda ictimai “foul” və şamburqerlərin rüsvayçı görüntülərini izləmək məcburiyyətində qalanda əlindəki smartfonla irəliyə-geriyə addım atan və göyqurşağı rənglərini xatırladan “GEYdirmə” bir obraz sataşdı gözümə... Pallonenin siyasi əxlaqına bürünmüş yan ətrafını sağa-sola yelləyərək mühaCIR səslə qorxu hormonlarının küçədə cütləşmiş birgə səs nümunələrini ifraz edən AZadLIQ “aşiqini” nəzərdə tuturam. Təkcə kameranın bir küncündən, arxadan pırtlayan iyrənc görüntülər baş verənlərin gerçək mənzərəsinin hansı “fast-food” elementlərindən ibarət olduğunu müəyyənləşdirmək üçün yetərlidir.
Azərbaycan torpaqlarının əbədiyyətə qədər işğal altında qalacağına və istifadə müddətlərinin sonsuza qədər davam edəcəklərinə ümid bəsləyən “şamburqer”lər, indi öz xəyanətlərinin “dar ağacları”ndan yellənməkdən başqa heç nəyə yaramırlar. Satmağa, istifadəyə verməyə nələri vardısa, dəyərsizləşib. Xəyanətlərinə tutulan və xəyanətə tutduqları şamların da dəyəri yoxdur, artıq...
Azərbaycanın Zəfəri xəyanət daşıyıcısı olan bütün “şamburqer”ləri üfunət qoxuyan “qida qalığı”na çevirib. Açın pəncərələri...
Bakı 






