• Bakı 25° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Messi Tyerri Anrinin nailiyyətini təkrarlayıb
İDMAN
06 Iyul 2025 | 11:01

Messi Tyerri Anrinin nailiyyətini təkrarlayıb

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi vaxtilə ABŞ-nin MLS Liqasında çıxış etmiş Tyerri Anrinin nailiyyətini təkrarlayıb.

Bakıvaxtı.az “MLS Communications”a istinadən xəbər verir ki, o, ABŞ çempionatında 38 yaşında ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.

Bunu daha əvvəl, 2012-ci ildə fransalı hücumçu Tyerri Anri reallaşdırıb. Anri və Messidən əvvəl yalnız kolumbiyalı Dieqo Serna (2001-ci il) və amerikalı Ante Razov (1999-cu il) MLS-də oxşar uğurla yadda qalıb.

Qeyd edək ki, L.Messi mayın 25-dən bəri keçirdiyi üç oyunda 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.


SON XƏBƏRLƏR

05 Iyul 2025