• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Mikroavtobusla minik maşını toqquşdu - xəsarət alanlar var - YENİLƏNİB
HADİSƏ
21 Iyun 2025 | 16:06

Mikroavtobusla minik maşını toqquşdu - xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadın rayon xəstəxanasına hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un sorğusuna TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

15:50

Biləsuvar rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.

    "Hyundai" markalı minik avtomobili "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb. Qəzada xəsarət alanların olduğu bildirilir.

    Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR