• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

5 ildə ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb
İQTİSADİYYAT
21 Iyun 2025 | 18:04

5 ildə ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb

2020-ci ildən bu tərəfə ölkədə bir sıra əsas ərzaq məhsullarının qiymətləri kəskin artıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə ərzaq məhsulları arasında ən çox bahalaşanlardan biri uzun düyüdür. Uzun düyünün qiyməti 2020-ci ildə 3.53 manat idisə, 2024-cü ildə bu məhsulun qiyməti 4.53 manata qalxıb.

Buğda unu da bahalaşmadan yan keçməyib, 5 il əvvəl 1.09 manat olan buğda unu 2024-cü ildə 1.49 manata yüksəlib. Əla növ buğda çörəyinin qiyməti isə 2020-ci ildəki 0.81 manatdan 1.25 manata çatıb. Bulka məhsulu 2020-ci ildəki 0.27 manatdan 2024-cü ildə 0.46 manata qədər bahalaşıb. Şirniyyat məhsullarında da artım müşahidə olunub – paxlavanın kiloqramı 2020-ci ildəki 8.11 manatdan 2024-cü ildə 12.84 manata qədər yüksəlib.

Vermişel və makaron 2020-ci ildə 1.86-1.88 manat civarında satıldığı halda, 2024-cü ildə qiymətləri 2.68 manat olub. Ət məhsulları kateqoriyasında da ciddi artım qeydə alınıb. Toyuq ətinin kiloqramı 2020-ci ildəki 4.56 manatdan 2024-cü ildə 5.98 manata yüksəlib. 1 kiloqram sümüklü qoyun əti 2020-ci ildə 11.87 manata satıldığı halda, 2024-cü ildə 16.85 manata təklif olunub. Sümüksüz mal ətinin kiloqramı isə 2020-ci ildəju 12.53 manatdan 2024-cü ildə 16.82 manata qədər bahalaşıb. Sümüklü mal ətinin kiloqramı 2020-ci ildəki 10.69 manatdan 2024-cü ildə 13.94 manata yüksəlib.

Toyuq budununu kiloqramı 2020-ci ildəki 3.30 manatdan 2024-cü ildə 4.73 manata qalxıb. 1 kiloqram mal ciyərinin qiyməti də artaraq 2020-ci ildəki 6.72 manatdan 2024-cü ildə 9.34 manata yüksəlib. Kolbasa məhsulları üzrə də ciddi qiymət dəyişiklikləri müşahidə olunub. Belə ki, suda bişmiş kolbasanın kiloqramı 2020-ci ildəki 10.09 manatdan 2024-cü ildə 14.25 manata, hisə verilmiş kolbasanın kiloqramı isə 2020-ci ildəki 11.90 manatdan 2024-cü ildə 18.32 manata catıb.1 kiloqram sosiska və sardelka 2020-ci ildə 9.96 manata, 20204-cü ildə 13.51 manata satılıb.

Süd məhsulları üzrə də qiymət artımları qeydə alınıb. 1 kiloqram xamanın qiyməti 2020-ci ildə 7.40 manat olduğu halda, 2024-cü ildə 10.68 manata çatıb. Qatıq 1.93 manatdan 2.68 manata, ayran 1.50 manatdan 2.19 manata, dovğa isə 1.97 manatdan 2.68 manata qədər bahalaşıb. Toyuq yumurtasının qiyməti demək olar ki, sabit qalıb.

Yağ məhsulları arasında da qiymət artımı nəzərəçarpandır. 1 litr günəbaxan yağı 2020-ci ildə 2.92 manata, 20204-cü ildə 4.45 manata, qarğıdalı yağı isə 2020-ci ildə 4.33 manata, 2024-cü ildə 6.02 manata təklif edilib. Siyahının sonunda yer alan kərə yağının kiloqramı isə 2020-cü ildə 16.41 manatdan 2024-cü ildə 20.11 manata yüksəlib.


SON XƏBƏRLƏR