• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

KİV: Tramp və Ərdoğan Xameneini razı sala bilməyib
DÜNYA
21 Iyun 2025 | 21:55

KİV: Tramp və Ərdoğan Xameneini razı sala bilməyib

ABŞ və Türkiyə prezidentləri ötən həftə İstanbulda yüksək səviyyəli ABŞ və İran nümayəndə heyətlərinin görüşünü təşkil etməyə cəhd ediblər. Türkiyə tərəfi görüşə razılıq verməli olan İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xamenei ilə əlaqə saxlamaq istəsə də, sonuncu danışıqlardan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın mənbəsinin məlumatına görə, Tramp və Ərdoğanın telefon danışığından sonra İstanbulda görüş təklifi Pezeşkiana və İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırılıb.

Təhlükəsizlik üçün sığınacaqda qalan Xamenei görüşə razılıq verməyib.

Qəzet yazır ki, Tramp və Ağ Evin yüksək vəzifəli məmurları diplomatik həllin mümkünsüzlüyündən məyus olublar və ABŞ-ın İranın nüvə proqramını ləğv etmək üçün əməliyyat keçirməli olacağına inanıblar.


SON XƏBƏRLƏR

21 Iyun 2025