• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Pakistan Trampı Nobelə namizəd göstərdi

DÜNYA

21 Iyun 2025 | 19:38

Pakistan Trampı Nobelə namizəd göstərdi

Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampın Hindistanla münaqişənin həllində vasitəçiliyə görə 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə rəsmiləri sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, Tramp eyni vaxtda həm İslamabad, həm də Yeni Dehli ilə işləyərək münaqişənin həllinə töhfə verib və böyük strateji uzaqgörənlik və müdriklik nümayiş etdirib. Pakistan rəsmilərinin sözlərinə görə, Trampın hərəkətləri iki dövlət arasında gərginliyin azalmasına səbəb olub:

“Prezident Trampın liderliyi onun praqmatik diplomatiya və səmərəli sülhməramlılıq ənənələrini davam etdirdiyini açıq şəkildə göstərir”.

Qeyd edək ki, daha öncə Tramp açıqlamasında Nobel mükafatını almayacağını bəyan edib.


SON XƏBƏRLƏR

21 Iyun 2025