• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həmyerlimiz beynəlxalq olimpiadada qızıl medal qazandı

CƏMİYYƏT

21 Iyun 2025 | 16:33

Həmyerlimiz beynəlxalq olimpiadada qızıl medal qazandı

Dubayda təşkil olunan “FISO – Future Intelligence Students Olympiad” beynəlxalq yarışının 2-ci qlobal mərhələsində Azərbaycanın daha bir yetirməsi uğurla çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Xətai rayonu, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin şagirdi Rauf Müzəffərov olimpiadada “IQ” kateqoriyası üzrə qızıl medala layiq görülüb. Gənc istedad yarışda yüksək nəticə göstərməklə yanaşı, sözügedən tədbirdə milli geyimlə çıxış edib.

Tədbirin sonunda Rauf Müzəffərova təşkilatçılar tərəfindən “Təşəkkür Sertifikatı” və qızıl medal təqdim olunub. Belə uğurlar Azərbaycanın gənc nəsillərinin həm intellektual, həm də mədəni potensialını dünyaya nümayiş etdirmək baxımından böyük önəm daşıyır.


Həmyerlimiz beynəlxalq olimpiadada qızıl medal qazandıHəmyerlimiz beynəlxalq olimpiadada qızıl medal qazandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR