• Bakı 25° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Qarabağ Universitetində YENİLİK

CƏMİYYƏT

21 Iyul 2025 | 13:24

Qarabağ Universitetində YENİLİK

Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşmaya əsasən, həmin universitetin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

Direktor xatırladıb ki, ərazilərimizin azad edilməsi ilə əlaqədar arxeologiyada yeni sahə yaradılıb.

"Bu məhkəmə arxeologiyasıdır. Azad edilmiş ərazidə aparılan tikinti-quruculuq işləri zamanı insan qalıqları aşkar edilir ki, onların arxeoloji peşəkarlıq səviyyəsində tədqiqinə ehtiyac yaranıb.

Çünki yalnız peşəkar arxeoloqların cəlb edilməsi ilə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və ya əsirlikdə işğalçılar tərəfindən öldürülmüş soydaşlarımızın qalıqlarının, hərbi cinayət yerlərinin qeydiyyatı aparıla bilər", - deyə F.Quliyev fikrini tamamlayıb.


SON XƏBƏRLƏR