• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Mladiçin azadlığa çıxma tələbi rədd edildi
DÜNYA
02 Avqust 2025 | 09:42

Mladiçin azadlığa çıxma tələbi rədd edildi

Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Cinayət Məhkəmələrinin Rezidüel Mexanizmi (IRMCT) Ratko Mladiçin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki,“Bosniya cəlladı” ləqəbli Mladiç səhhətindəki problemləri əsas gətirərək azadlığa çıxmaq istəyirdi.

Məhkəmə onun səhhətinin yaşı ilə əlaqədar həssas olsa da, sabit olduğunu bildirib. Qərarda Mladiçin ömrünün sonuna yaxın olduğu, lakin ölümcül xəstəlikdən əziyyət çəkmədiyi qeyd olunub.

Qeyd edək ki, o, 83 yaşındadır və hazırda həbs cəzasını çəkir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Avqust 2025