• Bakı 25° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Makqreqor UFC-yə qayıdır
İDMAN
02 Avqust 2025 | 16:35

Makqreqor UFC-yə qayıdır

Motivasiyasızlıq və fiziki yorğunluq səbəbilə UFC-dən uzaqlaşan ikiqat çempion, irlandiyalı döyüşçü Konor Makqreqor yenidən "səkkizbucağ"a qayıdır.

Bakıvaxtı.az xəbər verir ki, o, artıq dopinq və qadağan olunmuş maddələrlə bağlı testdən keçib.

Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Onun UFC ilə müqaviləsi başa çatmaq üzrədir. Konor iki dəfə döyüşmək istəyir, bundan sonra BKFC-yə keçməyi düşünür. Makqreqorun mümkün rəqiblərindən biri amerikalı Maykl Çandlerdir.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyul ayında baş tutan sonuncu görüşündə Dastin Puaryeyə texniki nokautla məğlub olmuşdu.

Xatırladaq ki, K.Makqreqorun karyerasında 22 qələbə və 6 məğlubiyyət var.


SON XƏBƏRLƏR