• Bakı 29° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb
İQTİSADİYYAT
02 Avqust 2025 | 17:51

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb

Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 231,8 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 3,2 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12 % çoxdur.

Kredit qoyuluşunun 21 milyard 023 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 11,4 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,6 %-ə yüksəlib.

İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.


SON XƏBƏRLƏR

02 Avqust 2025