• Bakı 26° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

 Azərbaycan qazı Türkiyə üzərindən Hələbə çatdırılacaq - Kürşad Zorlu
İQTİSADİYYAT
02 Avqust 2025 | 18:17

" Azərbaycan qazı Türkiyə üzərindən Hələbə çatdırılacaq" - Kürşad Zorlu

"Bu gün türk dövlətləri enerji diplomatiyasının daha bir nümunəsini həyata keçirirlər. Azərbaycan qazı artıq Türkiyə üzərindən Hələbə çatdırılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.

O bildirib ki, Enerji və Təbii Sərvətlər Nazirliyinə tabe olan BOTAŞ tərəfindən Kahramanmaraşın Türkoğlu rayonundan başlayaraq Suriyaya qədər uzanan 93 kilometrlik boru kəmərinin inşası tamamlanıb:

"Türkiyə Azərbaycan qazını bu xətt vasitəsilə Kilis üzərindən birbaşa qonşusu Suriya ilə bölüşəcək. Bu addım, eyni zamanda, Suriyada həyatın normallaşmasını, elektrik enerjisi istehsalının bərpa olunmasını, təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir, infrastruktur əsaslı sabitliyi dəstəkləyir. Enerji üzərindən qurulan bu strateji xətt Türk dünyasının regional nizam qurma qabiliyyətini möhkəmləndirməklə yanaşı, inkişaf və sabitlik üçün zəminin dərinləşməsinə də töhfə verir. Türkiyə Prezidentinin liderliyi ilə formalaşan bu baxış ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar vasitəsilə etimad, rifah və sabitlik mühitinin formalaşmasına şərait yaradır. “Dildə, fikirdə, işdə birlik” şüarı ilə biz bütün sahələrdə əməkdaşlığımızı daha da gücləndirəcəyik”.


SON XƏBƏRLƏR