• Bakı 23° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
SİYASƏT
06 Iyul 2024 | 16:28

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının (MSK) daha 7 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib.

Toplantıda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024