Bu il ilk dəfə Astara rayonunda sertifikasiya prosesi həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilmiş media brifinqində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 19 şəhərdə ümumilikdə 44 imtahan mərkəzi fəaliyyət göstərir. Rayonlar üzrə isə sertifikasiyada iştirak edəcək namizədlərin sayı 10 min nəfərə yaxındır.
“Bunun üçün bütün infrastrukturlar yaradılıb”, – deyə Nurlan İsmayılbəyli qeyd edib.
Mina Mikayılova