• Bakı 21° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
DÜNYA
03 Iyul 2025 | 17:32

Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb

2020-21-ci illərdə Ktriç Nersisyan (II Qaregin) hakimiyyətin istefasına çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Telegramda yazıb.

Onun sözlərinə görə, "bundan sonra beynəlxalq ictimaiyyətin azad, demokratik, rəqabətli kimi qiymətləndirdiyi növbədənkənar parlament seçkilərində xalq hakim komandaya etimad votumunu ifadə edib".

Paşinyan vurğulayıb ki, bu, həm də vətəndaşların Patriarxlığı zəbt edənlərə inamsızlığının göstəricisi olub.

Baş nazir qeyd edib ki, 2025-ci ilin iyun ayında kafedralın zəngləri çalınaraq xalqı toplaşmağa çağırıblar. Lakin ruhanilərin və vətəndaşların sayı 1500 nəfəri keçməyib.

“Ktriç Nersisyanın Katolikos iqamətgahını dərhal azad etməsinə dair başqa bir dəlil. Başqa yol yoxdur!”, - Paşinyan vurğulayıb.


SON XƏBƏRLƏR

03 Iyul 2025