q
  • Bakı 17° C

    0.04 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Paşinyan Karapetyanı məhkəməyə verdi - Səbəb göbələkdir
DÜNYA
14 May 2026 | 20:48

Paşinyan Karapetyanı məhkəməyə verdi - Səbəb göbələkdir

Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanı məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hazırda məzuniyyətdə olan Baş nazir özü “Verelq” nəşrinə məlumat verib.

Məlumata görə, məhkəmə çəkişməsinə səbəb Karapetyanın Paşinyanla bağlı səsləndirdiyi qalmaqallı iddialardır.

Belə ki, müxalifətçi siyasətçi Baş nazirin Çinə səfəri zamanı bir restoranda hallüsinogen göbələklərin dadına baxdığını və siyasi bəyanatlarını bu maddənin təsiri altında verdiyini iddia edib:

“O, həmin göbələkləri çox bəyənib və məndə olan məlumata görə, təxminən bir ton alaraq Ermənistana gətirib. Sizə bir sirri açmaq istəyirəm: o, hökumətdə jurnalistlərin suallarını cavablandırmağa gedəndə və ya parlamentin tribunasından danışanda mütləq həmin göbələklərdən istifadə edir”.

Erməni politoloqlar isə bu bəyanatı 2027-ci ildə ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyanı və onun rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasını gözdən salmaq cəhdi kimi qiymətləndiriblər.

Qeyd edək ki, iş adamı və müxalifət lideri olan Samvel Karapetyan Baş naziri Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı yürütdüyü siyasətə görə mütəmadi olaraq kəskin tənqid edir.


SON XƏBƏRLƏR