q
  • Bakı 17° C

    0.04 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Üçüncü dəfə “Oskar”ın aparıcısı olacaq
MƏDƏNİYYƏT
14 May 2026 | 21:24

Üçüncü dəfə “Oskar”ın aparıcısı olacaq

Məşhur amerikalı komik, ssenarist və teleaparıcı Konan O’Brayen 99-cu “Oskar” mükafatlandırma mərasiminin üçüncü dəfə aparıcısı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, tədbir 2027-ci il martın 14-də keçiriləcək.

O’Brayen “Late Night with Conan O’Brien” (1993–2009), “The Tonight Show” (2009–2010) və “Conan” (2010–2021) kimi axşam tok-şouları ilə tanınır. 2025-ci ildə o, amerikan yumoru sahəsində prestijli Mark Tven mükafatına layiq görülüb.

Qeyd edək ki, 98-ci “Oskar” mərasimi 2026-cı il martın 15-dən 16-na keçən gecə Los-Ancelesdə baş tutub.

Amerika Kino Akademiyası bu yaxınlarda bildirib ki, 2029-cu ildən etibarən “Oskar” mərasimi yeni məkanda keçiriləcək. Mərasim Hollivuddakı “Dolby” teatrından Los-Ancelesin mərkəzindəki "L.A. Live" kompleksinə köçürüləcək.


SON XƏBƏRLƏR