Beyləqan Rayon Mərkəzi Xəstəxanasında növbəti kadr dəyişikliyi baş verib.
Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Mətanət İsmayıl qızı Qarayeva öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Onun işdən çıxması ilə bağlı hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha öncə xəstəxananın direktoru Bayram Muradov və inzibati işlər üzrə direktor müavini Elnur Mahmudov vəzifələrindən ayrılıblar.
Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.
Kadr dəyişiklikləri davam ediləcəyi gözlənilir.
Bakı 












