Türkiyənin Aksaray şəhərində mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 3-ü ağır olmaqla 12 nəfər yaralanıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Aksaray-Konya avtomobil yolunun 35-ci kilometrliyində baş verib.
Qeyd olunub ki, hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib:
"İlkin tibbi yardım göstərilən 12 yaralıdan 3-nün vəziyyətinin ağır olduğu bildirilir", - məlumatda vurğulanıb.
Bakı 












