q
  • Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Tanınmış azərbaycan şairi vəfat etdi - FOTO

MƏDƏNİYYƏT

14 May 2026 | 23:56

Tanınmış azərbaycan şairi vəfat etdi - FOTO

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy 94 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

Xatırladaq ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Şair ötən gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.

Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.

Yusif Həsənbəy məşhur "Saçlarına gül düzüm" bəstəsinin sözlərinin, "Təbiət dostlarıyıq" şeirinin müəllifidir. 


SON XƏBƏRLƏR

14 May 2026