q
  • Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Engin Öztürk ekranlardan niyə uzaq düşüb?
ŞOU
14 May 2026 | 23:45

Engin Öztürk ekranlardan niyə uzaq düşüb?

Engin Öztürk setlərdən bir müddət uzaq qalmasının səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, aktyor Nişantaşında görüntülənib və jurnalistlərin suallarını cavablandırıb:

“İşlə bağlı bir neçə səfərim oldu, onları həll etdik. Xaricə getdim, yaxşı keçdi. Yaz üçün layihə yoxdur. Bundan sonra baxacağıq. Bu müddətdə daha çox evdə idim, istirahət etdim.”

Son bir ildə ekranlarda olmaması ilə bağlı danışan aktyor deyib:

“İş görməyəli bir il oldu. Bu bir il uzaq kimi gəlir. Bu ilin problemi az layihə olması idi. Uyğun layihə çıxmadı. Təklif gəlir, amma yaxşısını seçmək lazımdır, ona görə gözlədim.”

Layihələrdə nəyə daha çox önəm verdiyi barədə suala isə belə cavab verib:

“Mənə uyğun olub-olmaması, oynamaq istəyib-istəməməyim.”

“Kaş oynasaydım” dediyi bir layihənin olub-olmaması sualına isə “yox” cavabını verib və daha çox rəqəmsal platformalardakı layihələri izlədiyini bildirib.


SON XƏBƏRLƏR

14 May 2026