• Bakı 28° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA
CƏMİYYƏT
13 Avqust 2025 | 11:29

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA

"Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib".

Bakıvaxtı.az xəbər verir ki. bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır. Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə, pensiya xərclərinə birbaşa təsir göstərib.

Deputat bildirib ki, pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub:

"Digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinaları da davam etdirilib. Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir".

V.Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək:

"Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir".

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

12 Avqust 2025