• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
DÜNYA
13 Avqust 2025 | 13:10

Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 14–15 avqustda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

    O qeyd edib ki, Paşinyanın Şuranın iclasında iştirak etməməsinin səbəbi məzuniyyətdə olmasıdır.

    Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.


    SON XƏBƏRLƏR

    12 Avqust 2025