• Bakı 25° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Putin Ukraynanın öldürdüyü generalı təltif etdi
DÜNYA
06 Iyul 2025 | 11:20

Putin Ukraynanın öldürdüyü generalı təltif etdi

Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə öldürülən general-mayor Mixail Qudkovu “Qızıl Ulduz” medalı ilə təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Vladimir Putin fərman imzalayıb.

“Xüsusi hərbi əməliyyat zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Rusiya Federasiyasının Qəhrəmanı general-mayor Mixail Qudkov ikinci xüsusi fərqlənmə - “Qızıl Ulduz” medalı ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda qeyd olunub.

Bununla yanaşı, onun komandiri olduğu Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasına da Mixail Qudkovun adı verilib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasının keçmiş komandiri, qvardiya generalı Mixail Qudkov Kursk vilayətində öldürülmüşdü.


SON XƏBƏRLƏR

05 Iyul 2025