• Bakı 23° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Qarabağ yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 
İDMAN
20 Iyun 2025 | 20:27

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.


SON XƏBƏRLƏR

20 Iyun 2025