Qəzza zolağında İsrailin blokadası və hücumları səbəbindən son 24 saatda biri uşaq olmaqla 4 fələstinli aclıqdan ölüb.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 7-dən bu yana aclıqdan həyatını itirənlərin sayı 435 nəfərə çatıb, onlardan 147-si uşaqdır.
BMT və yerli təşkilatlar İsrailin aclıq və susuzluğu silah kimi istifadə etdiyini bildirir.
Qəzzada 2,3 milyon əhali humanitar fəlakət şəraitində, müvəqqəti çadırlarda və izdihamlı məktəblərdə sağ qalmağa çalışır.
Əli Hüseynov