• Bakı 23° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
DÜNYA
14 Iyun 2025 | 00:20

Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib

İranda Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehranın sorğusu ilə keçirilən BMT-nin təcili iclasında bildirib.

Onun sözlərinə görə, İranda Nətənzdəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənməni radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür.

“AEBA nüvə qurğularının tam qorunmasını təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır”, – Qrossi bildirib.


SON XƏBƏRLƏR

13 Iyun 2025