• Bakı 25° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Real klubu 23 illik rekordunu yeniləyib
İDMAN
06 Iyul 2025 | 10:10

"Real" klubu 23 illik rekordunu yeniləyib

Klublararası dünya çempionatının 1/4 final matçında Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edən "Real" (Madrid) bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.

Bakıvaxtı.az bu barədə "One Football"a istinadən xəbər verir.

Məlumata görə, bu görüş "Real" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.

"Kral klubu" 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə "Atletiko", 2011/2012 mövsümündə isə "Barselona" hərəyə 64 matça çıxıblar.


SON XƏBƏRLƏR

05 Iyul 2025