“Real” yarımmüdafiəçisi Luka Modriçlə vidalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən “Real”da çıxış edirdi. Modriç bu müddət ərzində “kral klubu”nun forması ilə 600-ə yaxın matç keçirib. O, bununla da klub tarixində ən çox oynayan 10 futbolçusu sırasına qoşulub.