Rusiya müharibənin 1226-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 66 777 PUA-sı, 612 zenit-raket kompleksi, 24 112 tank və digər zirehli texnikası, 1 573 reaktiv yaylım atəş sistemi, 26 894 artilleriya və minaatanı, 37 594 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.