• Bakı 10° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Sabah yağış yağacaq, subasma olacaq - FAKTİKİ HAVA
CƏMİYYƏT
28 Mart 2026 | 13:27

Sabah yağış yağacaq, subasma olacaq - FAKTİKİ HAVA

Martın 29-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var


SON XƏBƏRLƏR

27 Mart 2026