• Bakı 30° C

    7.03 m/s

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
CƏMİYYƏT
13 Avqust 2026 | 11:55

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Avqustun 12-də saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    "Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir.

    Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.

    ***

    10:45

    Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.

    Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.

      Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.

      Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.

      Hazırda araşdırma aparılır.

      Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) apa-nın sorğusuna cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.

      “Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.

      Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə AQTA-da qeyd ediblər.

      ***

      09:16

      Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

      Bakıvaxtı.az-ın məlumatına görə, rayonunun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

      Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdiri. Xəstəxanaya yerləşdirilən şəxslər bunlardadır.

      Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980) Məlahət Allahverdiyeva (1976)

      Faktla bağlı araşdırma başlanılıb.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      12 Avqust 2026