• Bakı 10° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Məhkəmə Serdar Ortaç və Mehmet Ali Erbillə bağlı qərar verdi - YENİLƏNİB
ŞOU
11 Noyabr 2024 | 23:12

Məhkəmə Serdar Ortaç və Mehmet Ali Erbillə bağlı qərar verdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, "Qanunsuz mərc oyunları oynamağa təşviq etmək" iddiası ilə saxlanılan Mehmet Ali Erbil və Serdar Ortaç həbs tələbi ilə məhkəməyə sövq edilib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Sülh Cəza Məhkəməsinin hökmü ilə hər iki şəxs ev dustaqlığına məhkum edilib. İstintaq çərçivəsində saxlanılan 16 nəfərdən 4-ü həbs edilib, yaşı 18-dən az olan şəxs barəsində məhkəmə nəzarəti tədbirləri həyata keçirilib.

 

13:53

İstanbul Respublika Prokurorluğu sosial mediada “qanunsuz mərc oynamağı təşviq etmək” maddəsi ilə istintaq başladıb. İstintaq 20 şübhəlini, o cümlədən sosial mediaya təsir edənləri və bəzi məşhur adları müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, bunun üzərinə polislər müəyyən edilən ünvanlarda əməliyyat təşkil edib. Əməliyyat zamanı aralarında Mehmet Ali Erbilin də olduğu 20 şübhəli saxlanılıb. 

Müğənni Sərdar Ortaç da qeyri-qanuni mərc oyunları ilə bağlı istintaqda saxlanılıb. Ortaçın yatdığı üçün qapısına gələn polisləri eşitmədiyi və yarım saat sonra qapını açdığı öyrənilib.

12:06

Aralarında məşhur müğənni Serdar Ortaç, Mehmet Ali Ərbil və sosial medianın nüfuzlu şəxsləri də daxil olmaqla 20 nəfərin qanunsuz mərc oyunlarını təşviq etmək ittihamı ilə həbs olunmasına qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 


SON XƏBƏRLƏR