• Bakı 31° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib
İDMAN
31 Iyul 2025 | 18:50

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunun keçidini reallaşdırıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, beninli Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalanıb.

20 yaşlı müdafiəçi yeni komandasında "25" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.


SON XƏBƏRLƏR