• Bakı 21° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
HADİSƏ
16 Avqust 2025 | 20:08

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub.

Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR