q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Sumqayıtda “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirildi - VİDEO
CƏMİYYƏT
14 May 2026 | 11:53

Sumqayıtda “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirildi - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.

Xatırladaq ki, “Təmiz hava aylığı” ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.

 


SON XƏBƏRLƏR

13 May 2026