• Bakı 21° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Bir az bizdən, bir az sizdən: Uşaqların gözündən həyat səhnəyə daşıdı - FOTOLAR
MƏDƏNİYYƏT
23 Iyun 2025 | 20:05

Bir az bizdən, bir az sizdən: Uşaqların gözündən həyat səhnəyə daşıdı - FOTOLAR

İzmir Han Teatrında səhnələşdirilən "Birvaz bizdən, bir az sizdən" adlı teatr tamaşası izləyicilərə həm duyğusal, həm də düşündürücü anlar yaşadıb.

Bakıvaxtı.az xəbər verir ki, teatrın azərbaycanlı rejissoru Roza İbadova Kocamazın quruluş verdiyi bu xüsusi layihədə, uşaqların saf və günahsız baxış bucağından həyata dair önəmli mesajlar verildi.

Roza İbadova uşaqların təbii istedadlarını böyük ustalıqla yönləndirərək, səhnədə sanki işıqlı bir nəsil yetişdirdiyini bir daha sübut etdi. Hər bir aktyorun səhnədəki duruşu, səmimiyyəti və enerjisi zalda alqış tufanı ilə qarşılandı.

Tamaşanın əsas uğuru gündəlik həyatımızda qarşılaşdığımız adi anları və ailə dəyərlərini uşaqların sadə, lakin təsirli dili ilə təqdim etməsində idi. Bəzən güldürən, bəzən düşündürən səhnələrlə, böyüklər öz həyatlarına bir uşağın gözündən baxmaq fürsəti qazandılar.

Səhnədə çıxış edən gənc aktyorlar yalnız rollarını oynamadılar, eyni zamanda tamaşaçının qəlbinə toxunmağı bacardılar:

Ali Dəniz Yüksel, Asel Baskın, Badə Kırşallıoba, Defne Bulat, Derin Baysal, Efe Nəfəs, Eflal Hayat Dolu, Qurur Asel Sarık, Ladin Nar Gürel, Leyla Smyrna Çeliker, Naz Yazıcıoğlu, Rüzgar Saltabaş, Vera İzmir Çeliker, Yalın Yağcı, Yaman Yorulmaz.

Onların hər biri səhnəyə gətirdikləri hiss və ifadələrlə tamaşaçıları heyran etdi.

İşıq dizaynı Mehmet Alacıya, afişa tərtibatı Burcu Aksuya, dekor məsuliyyəti isə Cemil Özcan’a aid olan bu uğurlu layihə, sənətin uşaqların dili ilə necə daha təsirli ola biləcəyini bir daha nümayiş etdirdi.

“Bir az bizdən, bir az sizdən” yalnız bir teatr tamaşası deyil; gələcəyin sənətkarlarının işıq saçan addımları idi. Roza İbadovanın rəhbərliyi altında yetişən bu nəsil, gələcəkdə səhnələrdə daha böyük izlər buraxacaq – bu artıq indidən görünür.


SON XƏBƏRLƏR

23 Iyun 2025