• Bakı 21° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək
İDMAN
24 Iyun 2025 | 00:04

Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.

İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, Almaniya - İtaliya görüşündə (3:2) isə dördüncü hakim olub.


SON XƏBƏRLƏR

23 Iyun 2025