• Bakı 20° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

ABŞ-nin İrana hücumuna Pakistandan REAKSİYA

DÜNYA

23 Iyun 2025 | 21:16

ABŞ-nin İrana hücumuna Pakistandan REAKSİYA

ABŞ-nin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.

Bakıvaxtı.az xəbər verir ki, məsələyə sərt reaksiya verən ilk ölkələrdən biri Pakistan olub.

Pakistan parlamentinin Müdafiə Komitəsinin sədri ABŞ-nin bu addımını hərbi cinayət adlandırıb. Onun sözlərinə görə, bu hücum həm BMT Nizamnaməsinin, həm də beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

"Bu cür birbaşa hərbi müdaxilə bölgədə yeni və daha təhlükəli müharibələrə yol aça bilər", - deyə o, bildirib.

Pakistan rəsmisi əlavə edib ki, İranın nüvə obyektlərinə edilən hücum suverenliyə qarşı açıq təhdiddir və bu addımın nəticələri təkcə region üçün deyil, qlobal sülh və təhlükəsizlik üçün də ciddi təhlükə yaradır.


SON XƏBƏRLƏR

23 Iyun 2025