• Bakı 23° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Tək regionda yox, dünyada sabitlik üçün çalışırıq - Ərdoğan
DÜNYA
20 Iyun 2025 | 22:19

Tək regionda yox, dünyada sabitlik üçün çalışırıq - Ərdoğan

Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

20 Iyun 2025