• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Tovuzda bazarda nöqsanlar aşkarlandı - FOTOLAR
CƏMİYYƏT
09 Aprel 2026 | 14:42

Tovuzda bazarda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz şəhəri, M. Musayev küçəsində fəaliyyət göstərən “Nəsimi” firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Belə ki, bazarda ət və süd məhsullarının satışı sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmadığı, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılmadığı müəyyən olunub. Eyni zamanda, ət və süd məhsullarının saxlanma temperaturuna riayət edilmədən satışa çıxarıldığı, etiket məlumatları olmayan qida məhsullarının realizə edildiyi aşkarlanıb.

Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi, istehsal prosesi zamanı yaranan tullantıların ağzı kip bağlanan qablara toplanıb kənarlaşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.


SON XƏBƏRLƏR