• Bakı 23° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Trampın bu sözləri heyranlıq doğurur - Zaxarova
DÜNYA
22 May 2025 | 19:38

Trampın bu sözləri heyranlıq doğurur - Zaxarova

ABŞ Prezidenti Donald Trampın Ukraynada axan qanın tez bir zamanda dayandırılmasının vacibliyi ilə bağlı açıqlamaları diqqəti cəlb edir və heyranlıq doğurur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, son on ildə ilk dəfədir ki, ABŞ-ın siyasi mənzərəsində “böhranın ilkin səbəbi” ifadəsini səsləndirən bir fiqur peyda olub - bunu dövlət katiblərindən heç biri etməyib, baxmayaraq ki, onlara münaqişənin tarixini bilmək üçün pul verilir.

“Buna görə də təbii ki, onun bəyanatları, qan tökülməsinə son qoyulması zərurətinə aid olan hissəsi diqqət və hörmət doğurur”, - Zaxarova qeyd edib.


SON XƏBƏRLƏR

13 Iyun 2025