Ukrayna hakimiyyəti Rusiya ilə cəbhə xəttində münaqişəni dondurmaq və demilitarizasiya zonası yaratmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Ukraynalılar hazırkı təmas xətti üzrə atəşkəsin olmasını, sonra isə silahsızlaşdırılmış zonanın yaradılmasını istəyirlər.
Belə bir vəziyyətdə Ukrayna Silahlı Qüvvələri 15 km geri çəkilə bilər və Rusiya ordusundan da bu gözlənilir” - Kelloq deyib./Teleqraf