• Bakı 19° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ukrayna Rusiya ilə görüşə hazırdır - Zelenski
DÜNYA
11 May 2025 | 13:11

Ukrayna Rusiya ilə görüşə hazırdır - Zelenski

Atəşkəs Rusiya və Ukrayna arasında danışıqlara başlamaq üçün ilk addım olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da paylaşımında bildirib.

Ukrayana Prezidenti qeyd edib ki, rusiyalıların nəhayət, müharibənin başa çatması barədə düşünməsi yaxşı əlamətdir: “Bütün dünya bunu çoxdan gözləyir. Müharibənin başa çatması üçün ilk real addım atəşin dayandırılmasıdır. Atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Gözləyirik ki, Rusiya mayın 12-dən atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcək. Ukrayna Rusiya ilə görüşə hazırdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib.


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025