• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Uşağa pul göstərib, sonra oğurlayıbmış - VİDEO
CƏMİYYƏT
20 Aprel 2025 | 18:32

Uşağa pul göstərib, sonra oğurlayıbmış - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Telman Omarov uşağı günorta saatlarından izləyirmiş.

Azyaşlının nənəsi bildirib ki, uşağın itdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb:

“Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb”.

Qeyd edək ki, T.Omarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Ətraflı İctimai TV-nin süjetində:


SON XƏBƏRLƏR

19 Aprel 2025