• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Xavi qərarını verdi
İDMAN
25 Aprel 2024 | 08:23

Xavi qərarını verdi

Daha əvvəl mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyini açıqlayan Xavi Hernandez prezident Joan Laporta ilə görüşündən sonra komandada qalmağa qərar verib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Xavi Hernandez "Vilyarreal"a 5:3 hesablı məğlubiyyətdən sonra verdiyi açıqlamada mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacağını və iyunda klubdan ayrılacağını deyib. Barselona həmin matçdan sonra oynadığı 13 matçda məğlubiyyətsiz qalıb.

13 oyunluq məğlubiyyətsizlik seriyasından sonra iki məğlubiyyətlə həm Çempionlar Liqasına, həm də La Liqaya dəsmal atmış Barselonada prezident Joan Laporta, idman direktoru Deko və Xavi təcili toplantı keçirib və bu görüşdən sonra qərar verilib. Klubun ən az daha bir il gənc məşqçi ilə davam etməsi lazımdır.

Laportanın bu gün keçirəcəyi mətbuat konfransında yeni mövsümdə Xavi ilə davam edəcəyini rəsmən açıqlaması gözlənilir.

Messidən sonra 767 oyunla Barselona tarixinin ikinci futbolçusu olan Xavi 2021-ci ilin noyabrında əfsanə olduğu komandaya baş məşqçi təyin olunub.

"Barselona"nın başında məşqçi kimi 136 matça çıxan Xavi 85 qələbə, 23 heç-heçə və 28 məğlubiyyətlə orta hesabla 2,04 xal əldə edib.

Ötən mövsüm Xavi "Barselona"nın baş məşqçisi kimi La Liqa və İspaniya Superkubokunun qalibi olub.

Murad Məmmədli


SON XƏBƏRLƏR