• Bakı 16° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Rusiya DİN Zelenskini axtarışa verib

DÜNYA

04 May 2024 | 16:33

Rusiya DİN Zelenskini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub. (apa)


SON XƏBƏRLƏR

17 May 2024