Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Məlumata görə, son 24 saatda 40 nəfər ölüb, 150 nəfər yaralanıb.
Bununla da oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına hərbi hücumu nəticəsində 36 479 fələstinli həlak olub, 82 777 nəfər isə yaralanıb.
Mina Mikayılova
















