• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Filippin prezidenti Zelenskiyə müraciət edib

DÜNYA

03 Iyun 2024 | 13:28 | Müəllif: Gülşən Şərif

Filippin prezidenti Zelenskiyə müraciət edib

"Ukrayna münaqişəsinin həlli təkcə Kiyevə deyil, bütün dünyaya uyğun olmalıdır".

Bakıvaxtı.az "GMA" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Filippin prezidenti Ferdinand Markos Ukrayna Prezidenti Vladimir Zelenski  ilə görüşü zamanı deyib.

Markos bildirib ki, Filippin davam edən münaqişədə sülhə nail olmaq üçün BMT və Avropa Birliyi kimi çoxtərəfli platformalar vasitəsilə Ukraynaya yardım etməyə davam etməkdə  maraqlıdır:

"Sülhün, hərbi əməliyyatların dayandırılması və siyasi həllin təşviqi üçün əlimizdən gələni etməyə davam edəcəyik. Bu, təkcə Ukrayna üçün deyil, həm də dünya üçün mənəvi cəhətdən məqbuldur".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026